Qışda yüz dərdə dərman balqabaq kürüsü resepti

Şərhlər: 2
Baxılıb: 158
Səs ver:
(səs: 0)
Badımcan, kabaq  kürüsündən də faydalı olan balqabaq kürüsü A, C, E, D, P, B vitaminləri ilə zəngindir. Eləcə də ftor, maqniy, kalsium, sink, marqans, yodla boldur. 

Qışda ailə üzvlərinin, xüsusən uşaqların çox dərdinə dərman olacaq, həzmi yaxşılaşdıran, mədəaltı vəzini dirildən, immuniteti yüksəldən, mədə-bağırsağı yumşaldan balqabaq kürüsünün reseptini təqdim edirik:

Tərkibi:
Balqabaq – 800 qr
Kök – 2 ədəd
Sarımsaq – 3 diş
Soğan -1 ədəd
Tomat pasta – 3 x. q
Bitki yağı – 5 x.q
Sirkə -1 x.q
Duz, şəkər tozu – zövqə görə

Hazırlanması:
Balqabaq soyulur, tumları çıxarılır, lət hissəsi xırda kub formasında doğranılır.

Sarımsaq presdən əzilir, soğan xırda doğranılır. Kök sürtgəcdən keçirilir. Bunlar hamısı tavada 3 xörək qaşığı yağda qızardılır. Əvvəl soğan sarımsaq, daha sonra kök burda bişirilir. 

Bunlar hazır olana yaxın balqabaq əlavə edilib, üzərinə stəkanın dibində su tökülüb, qapağı örtülərək, zəif odda 30 dəqiqə bişirilir. 

Sonra tomat pastası, şəkər, duz əlavə edilib, daha 7 dəqiqə bişirilir.

Odun üzərindən götürüb, soyudulur, qalan 2 x.q yağ əlavə edilir, qarışdırılır və kürü kimi kütlə alınması üçün blenderdən keçirilir. Sterilizə olunmuş bankalara bağlanılır. Sərin yerdə saxlanılır.

Nuş olsun!

(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cema_Axodova
Uwaqlar sevseydi hazirlayirdim
22 oktyabr 2019 10:38
2
p.s
Offline
BARBI
Balqabag hec sevmirem.Sevdiyim bitki deyil
22 oktyabr 2019 09:18
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri