Qış üçün lobya tədarükü - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 308
Səs ver:
(səs: 2)
Tərkibi:
350 qr lobya
1 x/q esensiya
1 ç/q duz

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.


2. Lobya yuyulub təmizlənəndən sonra şəkildəki kimi doğranılır. Bir qazan duzlu suda lobya qaynadılır və 3-5 dəqiqə o suda saxlanılır.


3. Sonra lobya bankaya əlavə edilir və qaynadığı su ilə doldurulur.


4. Bankaya esensiya əlavə edilir və sterilizə üçün banka bir qazan suda 30 dəqiqə qaynadılır (qazanın dibinə mütləq parça yerləşdirilir ki banka qaynar qazana toxunmasın)


5. Banka tutağacla qazandan çıxarılıb qapağı bağlanılır. Soyuduqda artıq aparıb saxlama yerinə yerləşdirmək olar.


Belə lobyanı qışda soğan və yumurta ilə qızardıb istifadə etmək olar.

 


Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 10 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri