Şaftalı kompotu

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 420
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
şaftalı
şəkər tozu
3-5 ədəd şüşə banka
3-5 ədəd metalik banka qapağı
banka bağlamaq üçün açar
qaynar su ilə dolu çaynik
sterilizə etmək üçün qazan

Hazırlanma qaydası
Əsasən sağlam şaftalılardan kompot hazırlanır, biraz əzik olanlardan isə mürəbbə etmək olar.

Lazım olan inqredientlər hazırlanır.

İlk olaraq şaftalılar yaxşı yuyulur, banka qaynar su ilə yaxalanır, sonra isə ehtiyyatla şaftalılar bankalara doldurulur. Doldurulan kimi üzərinə şəkər tozu əlavə edilir, 2 litrlik bankaya 1 - 1,5 stəkan şəkər tozu. Əgər siz kompotu çox şirin xoşlayırsınızsa, o zaman 1,5 stəkan şəkər tozu əlavə edə bilərsiniz.

Banka qaynar su ilə doldurulur.

Şaftalılarnan məşğul olduğunuz zaman, sterilizə üçün bir qazan götürülür. Həmin qazana yarısından bir qədər çox miqdarda su əlavə edilir. Sonra qazandakı su qaynama həddinə gətirilir, dibinə dəsmal qoyaraq banka həmin suya, dəsmalın üzərinə salınır. Qazandakı su bankanın 2/3 hissəsini örtməlidir. Qazanın dibinə isə dəsmal ona görə qoyulur ki, banka birbaşa qaynar qazana toxunmasın, yoxsa çatlayar.

Bankanın ağzına kimi qaynar su əlavə edilir.

Bankanın qapağını qaynar su ilə yuyub, banka qazanda qaynayan suda olarkan ağzına qoyulur.

Belə halda banka qaynayan suda 12-15 dəqiqə qalıb sterilizə olunur. Sonra bankalar tez bir zamanda oradan çıxarılıb qapaqları banka açarı ilə bağlanır.

Bankanı sirkələyib tam bağlanmasını yoxlamaq lazımdır. Əgər su damcısı varsa qapağı birdaha sıxmaq lazımdır.

Bəzən bankanın dibində tam həll olunmamış şəkər qala bilər. Bu normal haldır və bankanı biraz sirkələsəz şəkər tozu tam həll olunacaq.

Bankanı ağzı üstə qoyub tam soyumasını gözləmək lazımdır.

Bütün bankalar hazır olduqda, onlarında soyumasını gözləmək lazımdır.

Bankalar soyuyandan sonra onları çeviririk.

Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 420
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
bilirdim...twk.
12 noyabr 2016 15:42
7
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Onun_Mələyi
elede xowlamiram waftali kampotnu.hazirlanma qaydasni bilirdim.amma bizde bankaya soyuq su tokulur ozu onsuzda qayniyir qazanda.tewekkurler melumat ucun))
12 noyabr 2016 14:14
6
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 noyabr 2016 10:44
5

Sən sadəcə mənimsən...!
Offline
BARBI
Hedsiz xoslayiram bu kompotu.cox sirin etmirem
12 noyabr 2016 10:26
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Totu
Saftali kompotu xoşlayıram
12 noyabr 2016 09:44
3
Offline
MODABAZ
Kompotu xowlayıram ,ama saftalını yox ,bır terefdende oyrendımkı kompotu nece bıwırırler tewekkur
12 noyabr 2016 09:34
2
Heyata daim gulmek lazimdii
Offline
vipbetul
kompotu xoslamiram
12 noyabr 2016 09:22
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv