Pomidorlu bibər turşusu

Müəllif: Antikvar
Şərhlər: 3
Baxılıb: 1629
Səs ver:
(səs: 0)
Qış yaxınlaşdıqca xanımlar fərqli və ləzzətli turşu reseptləri axtarırlar. Xanımlar üçün pomidorlu bibər turşusunun reseptini təqdim edirik.


Lazım olan ərzaqlar:

4 kilo pomidor

Yarım kilo acı bibər

5 xörək qaşığı daş duz
1 stəkan sirkə
Yarım stəkan duru yağ

5 diş sarımsaq

Hazırlanması:

Əvvəlcə pomidorların qabıqlarını soyun və daha sonra rəndələyin. Bibərləri də kiçik olmayacaq şəkildə doğrayın. İstifadə edəcəyiniz sarımsaqları isti suyun içərisində 40 dəqiqə saxlayın. Daha sonra yumşalmış sarımsaqlarınızı ortadan ikiyə bölün və bir kənarda saxlayın. Hazırladığınız bütün ərzaqları böyük bir ləyənin içərisinə tökün. Üzərinə duzu, sirkəni, sarımsağı və yağı əlavə edin. Yaxşıca qarışdırın. Hazırladığınız qarışımları balonların içərisinə yerləşdirin. Daha sonra soyuducuya, ya da sərin bir yerə qoyun. 1 həftədən sonra pomidorlu bibər turşunuz yeyilməyə hazır olacaq.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1629
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri