Ton balıqlı makaron salatı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 905
Səs ver:
(səs: 0)
Tərkibi:
Yarım paket pörtmüş qələm makaron
200 q ton balığı
7-8 qara zeytun
200 q cherry pomidor
2-3 budaq təzə reyhan
4-5 budaq cəfəri
Zeytun yağı

Sous üçün
4 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı limon suyu
1 diş qıyılmış sarımsaq
Duz
İstiot

Hazırlanması:
Dərin bir salat qabına pörtmüş makaronu alın. Üzərinə zeytun yağı gəzdirin. İkiyə ayırdığınız gilas pomidorları, zeytunları, incə kəsdiyiniz cəfəri və incə qıyılmış reyhanı əlavə edib qarışdırın. Ton balığını da əlavə edin. Sous üçün lazımi materiallarını əl blenderi ilə qarışdırın. Salatın üzərinə sousu gəzdirib xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri