Akçaabad küftəsi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 431
Səs ver:
(səs: 0)
Tərkibi:
500 qram dana qiymə
100 qram yağlı quzu əti
4 diş sarımsaq
1 su stəkanı Trabzon çörək qırıntısı
1 şirin qaşığı duz
1 çay qaşığı istiot
2 ədəd pomidor
2 ədəd yaşıl iti istiot

Hazırlanması:
Trabzon çörəyi içini blenderdən keçirin və bir gecə yaxşıca quruması üçün, bir məcməyiyə yayın və üzərinə tənzif örtərək gözlədin. İki əti birlikdə qiymə etsəniz daha asan qarışacaqdır. Qiyməni çörək içi ilə birlikdə 5 dəqiqə qədər yoğurun. Sarımsağı, duz və istiotu əlavə edin. Rulon halına gətirin və soyuducuda bu halı ilə 30 dəqiqə istirahət etdirin. Bıçaq köməyiylə porsiyalara ayırın və ovuc için basdırın. Yaxşıca isinmiş, yüngül yağlanmış tökmə tavada hər iki üzünü qızardın. Pomidor və bibərləri də tavaya düzün. Xəfifcə közləyin. Servis boşqabına yerləşdirin və nuşcanlıqla xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri