Holland pendirli kotlet resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 859
Səs ver:
(səs: 0)
Tərkibi:
600 qram toyuq qiyməsi
1 su stəkanı çəkilmiş quru çörək
1 çay qaşığı zirə
3 diş sarımsaq
Yarım çay qaşığı istiot
1,5 çay qaşığı duz

İçi üçün;
2 su stəkanı rəndələnmiş holland pendiri

Qızartmaq üçün;
1 ədəd yumurta
Suxarı unu
Günəbaxan yağı

Hazırlanması:
Bütün xərc materiallarını yoğurma qabının içərisinə qoyaraq yoğurun. Hazırlanan kotletləri soyuducuda 1 saat qədər gözləyin.

Kotletdən incə olacaq şəkildə dairələr edin. Bunun üçün su stəkanı istifadə edə bilərsiz.

Hər bir kotletin içinə kaşar rəndəsini arzu etdiyiniz miqdarda qoyun, üzərinə digər kotleti bağlayaraq, kənarlarını yüngülcə basın.

Kotletləri əvvəl çalınmış yumurtaya, sonra suxari ununa batırın. Bu zaman bol yağı qızdırıcı hala gətirin və alt üst bişirərək xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri