Bostan badımcan kababı resepti

Müəllif: Gülşən
Şərhlər: 11
Baxılıb: 4 171
Səs ver:
(səs: 0)
Tərkibi:
4 ədəd bostan badımcanı
500 qram dana əti
1 baş quru soğan
1 qırmızı,1 yaşıl bibər
2 pomidor
1 ç/q bibər tomatı
1 x/q tomat pastası
kərə yağı 150 qram
Duz,istiot, istəyə görə ədviyyatlar

Üzəri üçün:
İstəyə görə mozzarella pendiri

Hazırlanması:
Öncəliklə əti quş başı doğrayıb qaynadın,bişirin. Əti azacıq qovurduqdan sonra bibərləri, kub şəkilində doğrayın,soğanı isə xırda doğrayın və duzun istiotun,ədviyyatın əlavə edib kərə yağında qovurun. Sonra pamidoru əlavə edin. Pamidor da qovrulur tomat əlavə edilir.Bir kənara qoyun. Bu badımcanın içliyidir. Sonra badımcanın qabığını ordan burdan soyun, içini oyub qaynar suda acılığı çıxsın deyə azacıq qaynadın. Sonra ərinmiş kərə yağı ilə üzərini yağlayib içliyi doldurun. Sonra sobanın qabına tomat pastasını 1 st su ilə qarışdırıb tökün. Hazırlanmış badımcanı onun üzərinə düzün.Əvvəlcədən isidilmiş 250 dərəcədə bişirin.
Sonda 10 dəqiqə qalmış rəndələnmiş pendiri əlavə edib əriyənə qədər saxlayın. Vəə badımcan kababımız hazırdır. İstəyə görə sadə plovla və ya kartof püresi ilə də sərvis edilə bilər.)

Bostan badımcan kababı resepti


Nuş olsun!
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 4 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri