Sobada quzu

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 7 331
Səs ver:
(səs: 1)

Ərzaqlar:

1 kq quzu ətinin sinəsi (Dana ətinin sinəsi də, toyuğun sinə əti də ola bilər)
2 baş soğan
5 diş sarımsaq
1 qaşıq tomat
1 çay stəkanı maye yağ
5 ədəd badımcan
4 ədəd balqabaq
500 qr təzə paxla (konserv ola bilər)
4 ədəd kartof
4 ədəd qırmızı pomidor
4 ədəd acı bibər
2 ədəd qırmızı bibər
Kifayət qədər duz-istiot-kəklikotu-qırmızı istiot.
3 ədəd dəfnə yarpağı
200 qr kərə yağı
Hazırlanması:
Orta həcimli tavanın içinə soğanlar uzun-uzun doğranarak az duz ilə ovularak öldürülür.Üzerine tomat və maye yağ qoyularaq qarışdırılır.Ətlər və sarımsaq əlavə edilərək yaxşıca hamarlanır.Dəfnə yarpaqları atılır.Üzerine sırası ilə paxlalar, balqabaqlar, badımcanlar, və kartoflar iricə doğranaraq döşənir. Ən üstünə yenə iricə doğranmış pomidor və bibərlər döşenir.Keklikotu, duz və qara bibər səpilərək dilimlənmiş kərə yağı ən üstünə yayılır.Üzerine bir su stəkanı su tökülərək ədviyyatların yayılması gözlənilir.Tavanın ağızı bir neçə qat yağlı kağızla və ya aliminium folqa ilə örtülüb kənarından pambıqlı bir iplə möhkəmcə dolanaraq bağlanır .
Əvvəl ocağın üzərində qaynama istiliyinə gəlməsi təmin edilib 250 C sobaya qoyularaq təxminən 100-120 dəq.bişirilir. Qoxusu bişdiyinin işarəsi olacaqdır.Bir müddət qaldıqdan sonra süfrəyə verilir.


(səs: 1)
Şərhlər: 1
Baxılıb: 7 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri