++++++++++++++İçi doldurulmuş kartof

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 949
Səs ver:
(səs: 0)
Lazım olan ərzaqlar:
Kartof-6 ədəd
Baş soğan-1 ədəd
Cəfəri-zövqə görə
Ət-toyuq əti,ya da mal əti-zövqə görə
Kərə yağı-1 xörək qaşığı
Duz,istiot-zövqə görə
Pendir (sürtkəcdən keçirilmiş)-50 qram
Un-1 xörək qaşığı
Yumurta-1 ədəd
Göy soğan-zövqə görə

Hazırlanması
Kartofu yuyub qaynadırıq. Cəfərini və göy soğanı doğrayırıq.Baş soğanla əti isə xırda halda doğrayaraq yağda qızardırıq.
Kartofu təmizləyərək  ortadan bölüb içini səliqəli halda çıxarırıq və dörd künc doğrayırıq.
Qızardılmış əti göyərti və pendirlə qarışdırırıq.
Xırda doğranmış kartofu da bu qarışığa əlavə edirik.
Hamısını qarışdırıb duz və istiot əlavə edirik.
Ortadan bölünmüş kartofların içini doldururuq,birləşdirərək un,yumurta və yenə də una ətraflı batıraraq yağda qızarandırıq.
Gözəl görünüşə malik və zərif xırçıltılı yemək alınır.
Həm ləzzətli, həm iştahaçıcı görünüşə malik, həm də ucuz və asan başa gələn bir resept.

Nuş olsun! :nyam:
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri