Sobada göbələk

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 12 671
Səs ver:
(səs: 2)
Vəsaitlər:
• 12 ədəd orta boy göbələk
• 1 ədəd limonun suyu
• 4 budaq təzə soğan
• 2 dilim bayat çörək içi
• Yarım çay stəkanı rəndələnilmiş hollanda pendiri
• 1 yemək  qaşığı zeytun yağı
Hazırlanması:
Göbələklərin üst pərdələrini bir bıçaq köməyiylə soyun. Sap qisimlərini çıxardın və göbələkləri limonlu suyun içinə qoyun.
Göbələyin sap qisimlərini və təzə soğanın yaşıl qisimlərini incəcik qırıb bir kasaya alın. Bu qanşıma parçalanmış çörək içi, holland pendiri ilə zeytun yağını əlavə edin və bütün vəsaiti qarışdırın.
Hazırladığınız vəsaitləri göbələklərin içinə doldurub sobanın nimçəsinə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 10-15 dəqiqə bişirin.
/Mənbə: Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 12 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri