Sobada peraşki

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 40 855
Səs ver:
(səs: 13)
Lazım olan ərzaqlar:
1 yumurta və 1 yumurta ağı
2 xörək qaşığı şəkər tozu
1-2 stəkan duru yağ
1-2 stəkansüd
1-2 stəkan ilıq su
1 xörək qaşığı maya
1 çimdik duz
Un gedənədək

Hazırlanma qaydası:
Yumurta, şəkər tozu və duzu qarışdırırıq. Sonra mayanı suda həll edirik. Mayalı suyu, südü, duru yağı tökürük qarışığın üzərinə. Sonra unu əlavə edirik. Xəmir elə olmalıdı ələ yapışmasın. Qulaq ucu yumşaqlığında olmalıdı. Üzərini salafanla örtürük, qoyuruq acımağa. 2 saat və ya saat yarım qalmalıdı acımaqda.
İndi isə kəçək içliyin hazırlanmasına.
İçərisinə nə istəsəz qoymaq olar. Məsələn qoyun pendiri, cem, kartof puresi, ət, sosiska, holland pendiri. Necə istəsəz edə bilərsiz. Mən isə sizə cemli və ətli içlik təqdim edəcəm. Əti soğanla bir yerdə qovururuq.
Xəmirimiz hazırdı. Xəmiri kündələyirik v
ə qoyuruq  kündəyə gəlməyə 20 dəqiqə gözləyirik. Sonra yayıb içliyi qoyub peraşki kimi bağlayıb qoyuruq sobaya.
Xanımlar hazırlayın çox dadlı olur. Bulku kimi olur xəmiri çox dadlıdı.
(səs: 13)
Şərhlər: 4
Baxılıb: 40 855
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri