Qatıqlı, pomidor souslu, yuxalı küftə

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 124
Səs ver:
(səs: 1)


Lazım olan ərzaqlar:

  • 2 ədəd yuxa,
  • Duru yağ,
  • Köftə üçün:
  • Yarım kq az yağlı qiymə,
  • 1 ədəd soğan,
  • 2 diş əzilmiş sarımsaq,
  • 6-7 yarpaq incə doğranmış cəfəri,
  • Duz, istiot,
  • Cəfəri,
  • kəklikotu,
  • qırmızı pul bibər,

 Qatıqlı pomidor sousu üçün:

  • 1 stəkan su,
  • 1 ət suyu bulyonu,
  • 1 stəkan pomidor püresi

 Üzəri üçün:

  • 2 stəkan qatıq,
  • 1 desert qaşığı qırmızı pul bibər,
  • 1 yemək qaşığı kərə yağı

 Hazırlanma qaydası:

Köftə  üçün lazım olan ərzaqları bir dərin qaba yığıb  yoğurun. Üzərini strec film  ilə bağlayıb soyuducuya qoyun. Yuxaları  8 ədəd ücbucağa bölün və  bir az daha kiçik küftələr  düzəldin. Yuxaların  kənarından  köftələri  qoyub möhkəm bükün. Yağlı kağız sərilmiş  fırın qabına düzün .  Üzərinə duru yağ çəkib əvvəlcədən 180 dərəcə isidimiş fırında qızarana qıdər bişirin.

Sous üçün suyu, bulyonu,  pomidor püresini  qazana qoyub bişirin. Orta atəşdə 5 dəqiqə bişirdikdən sonra ocaqdan alın.  Bişən yuxalı köftələri  boşqaqba yığın. Üzərinə pomidor sousu tökün. Çırpılmış qatığı,    qızdırdığımız pul bibərli kərə yağını da üstünə əlavə edib  süfrəyə verin.


 

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri