Tərkibi:
2 ədəd yuxa
500 qram quşbaşı toyuq
2 x.q un
3 x.q zeytun yağı
1 ədəd muskat
Bir yarım su stəkanı toyuq suyu
3 x.q duru yağ
Duz
Üzəri üçün:
1 ədəd yumurtanın sarısı
Küncüt
Hazırlanması:
Quşbaşı toyuqları noxud böyüklüyündə parçalara ayırın. 2 su stəkanı su əlavə edərək 15 dəqiqə qaynadın. Toyuqları süzərək bir qaba qoyun. Zeytun yağı ilə unu qovurun. Yüngülcə çəhrayılaşdığında 1.5 stəkan toyuq suyu əlavə edib çırparaq qarışdırın. Krem kimi olub bişincə döyülmüş muskat və duzu əlavə edib qarışdırın. Toyuq ətlərini əlavə edib 1-2 dəqiqə qarışdıraraq bişirin. Yuxaları 4 bərabər parçaya bölün. Hər üçbucağa fırça köməyiylə duru yağ sürtün. Üzərinə toyuqlu tərkibdən yayıb 3-4 barmaq enində sarıyın. Ardından yumurta sarısı sürtüb küncüt səpin. Əvvəldən isidilmiş 200 dərəcə sobada qızarana qədər bişirin.