Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sobada peraşki resepti
Sobada peraşki resepti
Göndərən: Fialka
Şərhlər: 18
Baxılıb: 14991
Səs ver:
Tərkibi:
Xəmir Üçün:
½ stəkan (125ml) ilıq su
1 paket (7g) quru maya
3 stəkan (470g) əla növ buğda unu
1 ½ çay qaşığı duz
2 xörək qaşığı şəkər tozu
½ stəkan (125ml) süd
1 yumurta+ 1 yumurtanın ağı (sarısını üstü üçün ayırın) — qeyd: yumurtalar otaq hərarətində olmalıdır
½ stəkan (125ml) duru yağ

İçi Üçün Kartoflu İç:
3 xörək qaşığı duru yağ 1 baş xırda doğranmış soğan 4 ədəd orta boy kartof 1/3 stəkan xırda doğranmış şüyüd  (və yaxud keşniş ya da  cəfəri) zövqə görə duz zövqə görə istiot

Ətli İç:
3 xörək qaşığı duru yağ
1 baş xırda doğranmış soğan
400  g çəkilmiş mal əti
zövqə görə duz
zövqə görə istiot

Hazırlanması: 
1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı ilıq suda əridin. İri dərin qabda un, duz və şəkər tozunu qarışdırın. Üstünə mayalı suyu, südü, yumurta və duru yağı əlavə edib, əlinizlə yaxşıca qarışdırın, sonra isə təxminən 5-6 dəqiqə ərzində xəmir yoğurun. Xəmir elastik və zərif olmalı, ələ yapışmamalı amma çox bərk də olmalalıdır. Xəmiri dərin qaba geri qoyub, üstünü örtün və 1 ½ -2  saat ərzində isti yerdə gəlməyini gözlərin.

2. Xəmir gəlməyə davam etdiyində, istədiyiniz içdən birini seçib hazırlayın.
Kartofulu İçin hazırlanması: Kartofu suda bişirib, qabığını soyun və püre halına gələnədək əzin. Bir tavada yağı qızdırıb, soğanı bu yağda bir az rəngi dönənə kimi qızardın.  Soğanı, göyərtini kartofa əlavə edin. Zövgə görə duz və istiot vurub, qarışdırın.
Ətli İçin hazırlanması: Tavada yağı qızdırın. Soğanı bu yağda yumuşalanadək  qızardın. Çəkilmiş əti əlavə edib soğanla bərabər, tez-tez qarışdıraraq qızardın. Zövgə görə duz və istiot vurub, qarışdırın. Bu qarışığı ət maşınından bir dəfə keçirin — bu, için lopa lopa olmaması, və narın olması üçün edilir.

3. Xəmiri 22-25 kündəyə ayırın. Hər kündənin diametri təxminən 4 cm olmalıdır.

4.  Kündələri bir əlinizə götürün, o biri əlinizlə bir az yastıladıb 10 cm dairələr əldə edənə kimi kənarlarını çəkin (aşağıdakı şəkildəki kimi). Hər dairənin içinə təxminən 1 xörək qaşığı içlik qoyun, və dairənin kənarlarını bir yerə gətirərək, dairəni bağlayın.

5. Pirojkiləri tikişi aşağı olmaq şərtilə yağlanmış soba listinə aralı-aralı düzün və 15 dəqiqəliyinə kənara qoyun. Bu müddət ərzində pirojkilər bir az şişəcək.

6. Sobanı 180Cdək istidin.

7. Pirojkilərin səthinə yumurta sarısı sürtüb, sobada təxminən 25 dəqiqə ərzində üstləri qızaranadək bişirin.

Nuş olsun!

Şərhlər: 18
Baxılıb: 14991
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Mende edirem sobada quru olur,ama yağda qizaranda qeşeng olur,ama men kartoşkali edirem,qizlar etli peraşqi yemir,kartoşkali sevirler,teşekkür.
31 may 2015 08:43
# 18
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Cox dadlı olur men bunda hazırlamışam.
31 may 2015 02:11
# 17
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
arzum-aysum
Sitat: Ayten666
Sobada yalniz slayonni peraski super olur.icide etle..usdunede sumax sepirsen...beh beh ovulub tokulure agizda...neyse uzagA getdim bu xemirden quru ve dadsiz cixar

nyam kiz gece vaxti bu ne yaaa yazmisan, lap agzim sulandi 18 isteyiremmmm
30 may 2015 23:59
# 16
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Ayten666
Sobada yalniz slayonni peraski super olur.icide etle..usdunede sumax sepirsen...beh beh ovulub tokulure agizda...neyse uzagA getdim bu xemirden quru ve dadsiz cixar
30 may 2015 23:24
# 15
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Catwoman666
dadli gorunur beyendim resepti de
30 may 2015 20:56
# 14
Viking
Mrs.A
Etlini daha cox sevirem.Dadli gorunur
30 may 2015 20:35
# 13
Acısı çox olan qizların guluşu gozel olur.!
Tomris Müslümova
sozun duzu men yemeye filan agiz-burun eyen deyilem ne oldusa yeyirem elecede peraski.ister etlisi olsun isterde kartoflu.seve-seve yeyirem,reseptide sevddim tesekkurler :)
30 may 2015 19:29
# 12
★Mən bilirəm səndən necə qisas alacağımı!
Sənə ərə gələcəm çürüdəcəm səni! 08
Nur k-off
men sadece kartofluusunu yemiwem
30 may 2015 19:09
# 11
SVETA
rəmsə
Mən həmişə ətlini sobada,kartoflunu isə yağda qızardıram.Çocuklarımın biri ətli sevir,biri kartoflu.Deyəcəyim o ki,ətli perojki sobada super olur,tşk
30 may 2015 18:56
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
FISTIK
Kelemli ve tvaroqlu xosum gelir elemek olar icin kelem ve ya tvaroqla?
30 may 2015 18:22
# 9
ulduz
yagda edende cox gozel olur sobada quruyyur
30 may 2015 17:58
# 8
Qadının ən böyük vəzifəsi analıqdır :50:
ALESSANDRA
sobada peraşki yeməsəmdə adi peraşkini hədsiz sevirəm..qutabı(yəni ətli) isə daha çox sevirəm
tşk resept üçün
30 may 2015 17:48
# 7
Don't trust anyone ∆
tatyana
cox dadli olur,kartoskayla dadli olur,etle pis olur
30 may 2015 17:44
# 6
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
BARBI
Evde tez tez hazirlayiram ama etli sevmirem kartoskayla hazirlayiram
30 may 2015 17:17
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Men prrawkini yagda qizardanda xowlayiram bu da yaxwidi az ferqi var
30 may 2015 17:15
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aziz a
Dadli gorynur ,acdim.lap...
30 may 2015 17:03
# 3
Böyük Rebbim sen özün kömek ol hamıya....
Meleknur
Sobada mamamda edib amma quru olure yagda dadli olur
30 may 2015 16:52
# 2
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
vipbetul
superdiki xosluyuram perashki
30 may 2015 16:34
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz