Kələmli keks resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 726
Səs ver:
(səs: 1)
Tərkibi:
İçlik üçün:

1 kələm (təxminən bir kilo yarımlıq)
70 qram Westgold kərə yağı
1 baş soğan
Zövqə görə doğranmış təzə şüyüd (qurudulmuş şüyüdlə əvəz etmək olar)
Duz-istiot

Xəmiri üçün:
3 yumurta
6 xörək qaşığı xama
2 xörək qaşığı mayonez (mayonezi xama ilə əvəz etmək olar, mayonez mütləq deyil)
1 çay qaşığı duz
2 çay qaşığı qabartma tozu
5 xörək qaşığı un
Bir çimdik güncüt

Hazırlanması:
8 stəkan doğranmış kələm əldə etmək şərtilə kələmi xırda-xırda doğrayın. İri qaba qoyub üstünə bir neçə çimdik duz səpin.
Digər tərəfdən soğanı xırda-xırda doğrayıb kərə yağında bir az qızardın. Qızarmış soğanı kələmin üstünə tökün. Buraya göyərti, zövqə görə duz və istiot əlavə edib qarışdırın. İçlik hazırdır.
Kənarları çıxan xüsusi yumru tort formasının içini bir az yağlayın. Kələmli içliyi formaya boşaldın. Formanı kənara qoyun.
Ayrı qabda yumurta, xama və mayonezi mikserkə bir neçə dəqiqə çalın. Duz, qabartma tozu və unu əlavə edib ərzaqlar qarışanadək çalmağa davam edin (çox çalmağa gərək yoxdur). Alınan kütlə sulu olmalıdır (amma çox deyil). Bu kütləni formadakı içliyin üstünə töküb, qaşıqla hamarlayın. Çəngəl vasitəsilə piroqu üstdən bir az deşin ki, kələm xəmiri bir az çəksin. Xəmirin üstünə güncüt səpin.
Sobanı 180C dərəcəyədək qızdırın. Keksi 30-35 dəqiqə, yaxud üstü qızaranadək bişirin. Sobadan çıxardıb bir qədər soyumağını gözləyin. Soyuduqdan sonra formanın kənarlarını çıxardıb, Keksi süfrəyə verin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri