Tərkibi:
Xəmir üçün:
1 st. su
2 st. un (çox və ya az da ola bilər)
25 q yaş maya (yaxud 7 q quru maya)
2 ç.q. şəkər tozu
1 ç.q. duz
3 x.q. zeytun yağı
Sous üçün:
5-6 pomidor
2 baş soğan
1 sarımsaq
şəkər tozu
duz
Üstü üçün:
motsarella pendiri
2-3 pomidor
200 q göbələk (şampinyon)
ət (bişmiş), yaxud qovrulmuş toyuq əti, salyami kolbasası və s.
Hazırlanması:
Mayanı
ilıq suda həll edin. Unun ortasında çala düzəldin, duz, şəkər tozu,
yağ, həll olunmuş maya əlavə edin, yoğurun. Hazır olanda xəmir ələ
yapışmamalıdır. Sonra qaba qoyub ağzını dəsmal, yaxud qida plyonkası ilə
örtün, gəlməsini gözləyin. Xəmir 3 dəfə böyüməlidir. Sonra bir dəfə də
ətləyin. İki yerə bölüb kündə tutun. Dairəvi, yaxud dördkünc yayın.
Peşəkar pizza ustaları oxlovdan istifadə etmir, xəmiri əlləri ilə
yayırlar. Yağlanmış, yaxud perqament döşənib yağlanmış siniyə qoyun.
Kündəni yağlanmış siniyə qoyub barmaqlarınızla da yaya bilərsiniz.
Xəmir
gələnədək sous hazırlamaq olar. Bunun üçün pomidorun qabığını soyub,
dənələrini artlayın. Soğanı və sarımsağı xırda doğrayın, qovurun, azca
şəkər tozu və duz, xırda doğranmış pomidor əlavə edin. Ürəyiniz istəyən
ədviyyat əlavə edə bilərsiniz (istiot, nanə, reyhan qurusu və s.)
Yaydığınız
xəmirin üzərinə sous çəkin. İstəyə görə, bişmiş ət, toyuq əti tikələri,
doğranmış göbələk, pomidor və pendiri lay-lay düzün.
250 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.