Sobada badımcanlı ət kababı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 727
Səs ver:
(səs: 3)
Tərkibi:
1 kq.dana, qoyun qarışıq 2 dəfə çəkilmiş qıyma
Zövqə görə 100 qr. quyruq yağı
8 ədəd kəmər badımcan
6 ədəd pomidor
4 ədəd yaşıl bibər
3 çay qaşığı qırmızı pul bibər
Duz
Qara bibər
3 yemək qaşığı duru yağ
50 qr.kərəyağı

Hazırlanması:
Badımcanları 5-6 sm. qalınlığında xalqa xalqa doğramaq və duzlu suda isladın. 1 saat qədər gözlədin, acısı çıxsın.Sonrada yaxşıca süzün.
Qıymanı, 2 çay qaşığı qara bibər, 2 çay qaşığı qırmızı pul bibər, 3 yemək qaşığı su və 2 çay qaşığı duzla yaxşıca yoğurun.
Normalda quyruq yağından qoyulur, daha ləzzətli olar. Amma sevmirsinizsə, qoymayadabilərsiniz.
Sonrada doğradığınız badımcanların boyunda yumru küftələr edib, hazırlayın.
Böyük bir soba list qabını və ya yumru bir list qabını yüngülcə yağlayın.
Sonrada doğranmış badımcanları və küftəni sırayla düzün. (Bir badımcan, bir küftə sırasıyla)
List dolunca küftə və badımcanların üzərinə pomidorları dördə bölüb, bibərləri uzun uzun kəsib qoyun.
Hazırladığınız kabab üzərinə 2 çay qaşığı qırmızı pul bibər, 2 çay qaşığı duz səpin və 3 yemək qaşığı duru yağını tökün.
Sonra əvvəlcədən qızdırılmış 200 dərəcə sobada 55 dəqiqə və ya 1 saat 15 dəqiqə qədər bişirin.
Bişməyə yaxın, son 15 dəqiqə üzərinə doğranmış kərəyağlarını qoyun və sonrada üzərini Aliminyum folqoyla bağlayın bir azda elə bişirin.

Qeyd: Bişmə müddəti Sobanıza görə dəyişə bilər.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 727
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri