Kartoflu zapekanka resepti

Müəllif: ulduz
Şərhlər: 8
Baxılıb: 6 070
Səs ver:
(səs: 3)
Tərkibi:
9 ədəd kartof
1 ədəd iri soğan
350 q mal əti
Yarım st. bişmiş ətin suyu
3 ədəd yumurta
3 xörək qaşığı xama
100 q pendir
6-7 qaşıq duru yağı
Duz, istiot
Çəkilmiş suxarı

Hazırlanması:
İlk olaraq mal ətini bişməyə qoyuruq.
Sonra kartofu bişiririk.
İndi isə bişmiş kartofu əzirik.
Soğanı xırda-xırda doğrayırıq.
Duru yağda rəngi dəyişənə qədər qovururuq.
İndi isə bişmiş ətin üzərinə qovrulmuş soğanı əlavə edin.
Sonra blenderlə əzin.
İndi isə əzilmiş ətin üzərinə ətin suyunu əlavə edin.
Sonra isə yumartaları əlavə edin və azca duz səpin, yaxşıca qarışdırın. İndi isə soba qabınızı yağlayın, sonra isə çəkilmiş suxarı səpin.
İndi qat-qat düzəltməyə başlayırıq. 1-ci qat: Kartofun yarısını qoyuruq.
2-ci qat: Bişmiş əti yerləşdiririk.
3-cü qat: Yenə kartofu qoyuruq.
4-cü qat: Xama çəkilir, sonra da çəngəllə naxış kimi dəliklər edirik.
5-ci qat: Rəndələnmiş pendiri səpirik. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada qızılı rəng alana qədər bişirin.
Yeməyimiz hazırdır.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri