Kartoflu zrazı resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 078
Səs ver:
(səs: 4)
Hazırlanma vaxtı:  1 saat 15 dəqiqə
Tərkibi:

500 qr qiymə (mal və ya mal+donuz), 
5-7 ədəd kartof
1 ədəd baş soğan
3 diş sarımsaq
1 ədəd yumurta
200-300 qr un
duz
istiot
qızartmaq üçün yağ
suxarı

Hazırlanması:
Zrazı - Şərqi Avropa ölkələrinin, əsasən Polşa, Litva, Latviya, Urkayna və Belarusiyanın məşur yeməyidir. Ənənəvi olaraq zrazı müxtəlif içliklərlə doldurulan ətdən hazırlanır. İlk baxışdan kotletə bənzəyir, lakin ətin içində göbələk və ya yumurta ola bilər. Bu resept isə kartofdan hazırlanan zrazı barəsindədir.
 
Püre hazırlanır: kartof qaynadılandan sonra suyu süzülür, püre olana qədər əzilir, yumurta, duz və istiot əlavə edilib qarışdırılır. Tədricən un əlavə edilir, kartofdan hazırlanan xəmir çoxda ələ yapışmamalıdır. Hazır olandan sonra bir qıraqda soyudulur.  
Xırda doğranmış soğan və sarımsaq bitki yağında qızardılır.  
Qiymə əlavə edilir, duz və istiot vurulub hazır olana qədər qızardılır.  
Azacıq ələ yağ və ya su vurulub kotletlər formalaşdırılır. Kartof xəmirini yastı şəkildə əldə yayıb, ortasına ət qiyməsi əlavə edib hər tərəfi bağlanılır.  
Kotlet hər tərəfli suxarıya batırılır.  
Orta odda hər tərəfli qızardılır.  
Vəssalam! Kartoflu zrazılar hazırdılar. Süfrəyə müxtəlif souslarla verilə bilər. 

 

 

 

 

 

 

 

 

Nuş olsun! 
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 4 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri