Kartof yatağında ətli badımcan bükməsi

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 3 522
Səs ver:
(səs: 3)
Tərkibi:
1 kq. Uzun badımcan
1 orta boy soğan
3 ədəd orta boy pomidor
2 böyük kartof
4-5 diş sarımsaq

Küftəsi üçün:
300 qr. qıyma
1 iri soğan
Yarım dəstə cəfəri
2 yemək qaşığı galeta unu
Duz, qara bibər, kimyon

Sousu üçün:
1 yemək qaşığı qarışıq sous
3 yemək qaşığı zeytunyağı
1, stəkan su

Hazırlanması:
Badımcanları alacalı soyub yarım sm. qalınlığında uzunlamasına dilimləyin. Üzərlərinə duz səpib ən az bir saat qədər gözləyin. Daha sonra badımcanları yuyun və bir dəsmalla suyunu alın. Üzərini bir fırça köməyiylə yağlayıb tost maşınının ən yüksək istiliyində qızardın.
Digər tərəfdə soğanı çox kiçik doğrayın və ya robotdan keçirin. Cəfərini də doğrayın və küftəyə əlavə edin.
Galeta unu və ədviyyatları əlavə edib küftəni yoğurun.Küftədən qoz böyüklüyündə parçalar götürüb qızardılmış badımcan dilimlərinin içinə qoyub bükün.Soba nimçəsinin içinə üç ədəd kub şəklində doğranmış pomidoru düzün. Üzərinə yarım ay şəklində doğranmış soğanları səpib yarım santimetr qalınlığında dilimlənmiş kartofları yerləşdirin və son olaraq küftəli badımcan bükmələrini Kartof dilimlərinin üzərinə düzün. Aralara sarımsaqları, incə dilimlənmiş pomidorları və doğranmış bibərləri yerləşdirin,
Su, sous və zeytun yağını qarışdıraraq sous hazırlayın. Badımcanların üzərinə bu sousu gəzdirin, üzərini alüminium folqo ilə bağlayıb əvvəldən isidilmiş 200 dərəcəlik sobada ən az bir saat bişirin, daha sonra yeməyin üzərini açıb 15 dəqiqə qədər yüngül qızarmasını gözləyin

Kartof yatağında ətli badımcan bükməsi




Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri