Səbzəli pizza

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 891
Səs ver:
(səs: 0)
Tərkibi:

Xəmiri üçün:
8 yemək qaşığı ilıq su
1,5 su stəkanı un
1 çay qaşığı toz şəkər
Yarım çay qaşığı duz
1 çay qaşığı yaş maya

Sousu üçün:

1 ədəd pomidor
Yarım diş sarımsaq
Duz, qara bibər

Üzəri üçün:
1 su stəkanı qaynadılmış göy noxud
Yarım su stəkanı qaynadılmış dənə qarğıdalı
1 çay qaşığı quru nanə
2 dilim kaşar pendiri
10 ədəd qara zeytun

Hazırlanması:

Yaş mayanı 1 yemək qaşığı ilıq suyun içində əridin.
Yoğurma qabına un, duz və şəkəri alıb ortasını hovuz kimi açın. 7 yemək qaşığı ilıq su və əridilmiş yaş mayanı əlavə edin.
Bütün vəsaitlər özləşənə qədər yaxşıca yoğurun. Xəmirin üzərinə nəmli bir bez örtüb soyuducuda 1 saat gözlədin.
Sousunu hazırlamaq üçün sarımsaq və pomidorun qabığını soyub rəndələyin.
Pizza xəmirini şkafdan çıxarıb orta qalınlıqda mərdanə ilə açın. Yumru açdığınız pizza xəmirini yağlanılmış soba nimçəsinə diqqətlicə yayın. Üzərinə pomidorlu sousu çəkin.
Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin. Pizza nimçəsini sobadan çıxarın.
Göy noxud, qarğıdalı və quru nanəni xırmanlayın. Pizzanın üzərinə sərpişdirin. Kaşar pendirini kub şəklində doğrayıb pizzanın üzərini örtün. Qara zeytunları düzün.
Təkrar sobaya verib pendir əriyənə qədər bişirin.
Bişən pizzanı sobadan çıxardıqdan sonra ilıqlanmasını gözləyərək dilimlənin və servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri