Dondurulmuş kartof resepti

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 2 408
Səs ver:
(səs: 1)
Tərkibi:
8 kartof
50 ml bitki yağı
duz
qara istiot

Hazırlanması:
Orta böyüklükdə kartofları yuyub qabığını soyun. Az duzlu qaynayan suya salıb 5-7 dəqiqə bişirin.

Suyunu süzüb soyudun. Sonra bıçaqla kartofların üzərində dərin olmayan şəbəkə çəkin. Soyuducuda 1 saat saxlayın.

Formanı yağın yarısı ilə yağlayın. Kartofları içinə düzüb qalan yağı üzərinə çəkin.

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə, arada çevirərək bişirin (tərs çevirmək lazım deyil, sadəcə fırladın ki, kənarları da qızarsın).

Hazır kartofun üzərinə duz-istiot səpin.

Zövqə görə, üzərinə xırdalanmış sarımsaq və Provans otları səpə bilərsiniz (hətta bunları kartofu sobada qızartmadan öncə üzərinə çəkdiyiniz yağa da qata bilərsiniz).

İndi isə kartofun öncədən qaynadılması barədə. Səbəb budur ki, bişmiş nişasta dağılmır, həmçinin kartof həddən artıq şirin olmur.

Dondurulmuş kartof resepti





Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 408
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri