«Bildirçin ayaqları» - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 319
Səs ver:
(səs: 2)
Ərzaqlar
200 ml qatıq
2 ç/q duz
350-400 qr un
0,5 ç/q soda
500 qr ət qiyməsi
2 dəstə göy soğan
2-3 diş sarımsaq
2-3 ədəd yumurta (üz qatı üçün)
200 qr suxarı (üz qatı üçün)
2 qutu duzlu çubuq

«Bildirçin ayaqları» - foto resept

















Hazırlanma qaydası
Reseptin adı «Bildirçin ayaqları» olsa da, bu mecazi mənada işlənib. Sadəcə qiymə və duzlu çubuqlardan hazırlanan bu dadlı, xırt-xırtlı qəlyanaltı bildircin ayaqlarına bənzədilib.

Xəmir hazırlanır: dərin boşqaba qatıq və 0,5 ç/q duz əlavə edilir, üzərinə qarışdıraraq tədricən un səpilir. Son qaşıq undan əvvəl soda əlavə edilir, ardınca yerdə qalan un səpilərək yaxşı qarışdırılır. Xəmir hazırlanması barədə maraqlı məsləhətlə də tanış ola bilərsiniz. Alınmış xəmir boşqaba əlavə edilir və polietilen paketlə bağlanıb 20-30 dəqiqə kənarda saxlanılır. Bu arada qiymə hazırlanır. İstənilən ət istifadə edilə bilər, lakin daha yaxşı olar ki toyuq və ya donuz ətindən istifadə edəsiniz. Xəmir təxminən 3 mm qalınlığında olan laya yayılır. Stəkan vasitəsi ilə yayılmiş xəmirdən dairələr kəsilir. Hər bi dairəvi xəmirin üzərinə bir ədəd duzlu çubuq, çubuğun üzərinə isə bir qədər (təqribən 1 çay qaşığı) qiymə əlavə edilir. Xəmirin qıraqları bağlanılır. Lazım olan formada bükülür və bıçaqla qalan hissəsi kəsilir. Hazırlanan "ayaqlar" hər biri çalınmış yumurtaya salınıb və sonra suxarıya batırılaraq, əvvəlcədən isidilmiş tavada, bitki yağında qızardılır.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 319
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri