Qat-qat xəmirdə ətli bağlama - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 3 634
Səs ver:
(səs: 1)

Tərkibi:
1 paket qat-qat xəmir
300 q toyuq filesi
100 q Feta pendiri
8 ədəd xırda pomidor
2 x.q soya sousu
1 ədəd yumurta
Bir neçə ədəd qara zeytun
2-3 x.q "Möcüzə" duru yağı
Duz
İstiot
Göyərti

Qat-qat xəmirdə ətli bağlama - foto resept







Hazırlanması:
Toyuq filesinı xırda doğrayın, üstünə soya sousu əlavə edin. Ədviyyat, duz vurub yaxşıca qarışdırın. Sərin yerdə bir qədər saxlayın ki, dadını götürsün. Sonra duru yağda qızardıb soyudun. Pendir, zeytun və göyərtini xırda-xırda doğrayıb toyuq ətinə əlavə edin və qarışdırın. Qat-qat xəmiri yayıb 16 hissəyə bölün. Hissələrdən 8-nin üstünə içlik qoyun. Yumurtanın ağını sarısından ayırın. Ağını fırça ilə içlik qoyduğunuz xəmirin kənarlarına çəkin. Qalan 8 ədəd xəmirin ortasını şəkildə gördüyünüz kimi kəsin. Onu da içliyin üstünə şəkildəki kimi qoyun. Hazır bağlamanın kənarlarını çəngəllə basın ki, bağlansın. Yumurtanın sarısını çəkin və yuyulmuş təmiz pomidoru hər bir bağlamanın orta yarığının üstünə qoyun. Əvvəlcədən isidilmiş sobada 180-190 dərəcədə 20 dəqiqə bişirin.

NUŞ OLSUN!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri