Reyhanlı yay salatı resepti

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 844
Səs ver:
(səs: 1)
Tərkibi:
2 orta boy xiyar
12 ədəd balaca pomidor (yarıya bölünmüş)
1/2 qırmızı soğan (doğranmış)
2-3 şaxə yaşıl soğan (doğranmış)
8 ədəd reyhan yarpağı

Sous üçün:
2 y/q alma sirkəsi
3 y/q zeytun yağı
1/4 ç/q duz
1/4 ç/q istiot

Hazırlanması:

İlk əvvəl sousu hazırlayın. Sous ərzaqlarını bir qabda qarışdırın. Daha sonra sousu bir kənara qoyun və böyük salat qabı götürün. Başlamaq üçün ilk olaraq xiyarın qabıqlarını soyun və dörd hissəyə bölərək doğrayın. Pomidorları yaraya bölün. Qırmızı soğanları xırda-xırda doğrayın. Reyhan yarpaqlarını əlinizlə doğrayın və salata əlavə edin. Bıçaqla da doğraya bilərsiniz. Sonra yaşıl soğanı da əlavə edin. Salata sous əlavə edin. Əlinizlə qarışdırın.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri