Qarpız salatı resepti

Şərhlər: 4
Baxılıb: 1 694
Səs ver:
(səs: 0)
Heç qarpızdan salat hazırlaya biləcəyiniz ağlınıza gəlmişdi? Resepti çox sadədir, bir –iki əlavə var. Amma süfrəyə veriləndə təəccübləndirir, rahatlıqla yeyilir, dad birləşməsi fantastikdir.

Qarpız salatını təqdim edirik.

Tərkibi:
Qarpız – 350 qr
Brınza pendiri – 200 qr
Qırmızı soğan -1 ədəd
Zeytun yumsuz – 100 qr
Limon -1 dəd
Reyhan – 5-6 yarpaq
Zeytun yağı – 20 ml

Hazırlanması:
Əvvəlcə soğan marinadlaşdırılıb, acısı çıxarılır. Soğan nazik halqavari doğranılır, bir limonun suyunda qarışdırılıb, 40 dəqiqə kənarda saxlanılır. 

Sərin qarpız kub formasında bir qədər orta ölçüdə doğranılır, tumları çıxarılır. Salatqabına qarpız, orta kub doğranmış brınza, zeytun qoyulur. Üzərindən soğan və reyhan yarpaqları səpilir.  Salata soğanı marinadlaşdırdığınız limonun suyu və bir qədər zeytun yağı gəzdirilir.  Dərhal da yeyilir

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri