MeYVe SaLaTi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 160
Səs ver:
(səs: 4)

http://imgs.su/tmp/1315284264-656.jpg

İçindəkilər:
• İstədiyiniz mövsüm meyvələrindən seçin. Görüntüsü gözəl bir meyvə salatı üçün təqribən 4 növ meyvə istifadə edin.
• Meyvələrin müxtəlif rənglərdə olması salatınızı daha iştahaçıcı edər. Məsələn:alma, armud və banan kimi hamısı eyni rəngdə olan meyvələri istifadə etsəniz tek bir reng olacaq. Görünüşü daha da canlı etmək üçün müxtəlif rəngli meyvələrdən istifadə edin. Məs: çiyələk və kivi biryerdə və yaxud qırmızı albalı və ərik və s.
Hazırlanması:
• Seçdiyiniz meyvələri yuyun, qabıqlı meyvədirsə qabığını soyun və kub şəklində doğrayın.
• Alma, heyva kimi qaralacaq meyvə çeşidlərini istifadə edəcəksinizsə o zaman limon suyunu hazırlayın və seçtiyiniz meyvələri limon suyunun olduğu bir qabda saxlayın.
• Bütün meyvələri bir birinə qarışdırın və üzərinə 1 ədəd limonun suyunu tökün. Folqa kağızı ilə üzərini örtün və süfrəyə verilmə vaxtına qədər saxlaya bilərsiniz. 3 saatdan cox saxlamadan istifadə edin.
Souslar:
Süfrəyə verilməmişdən əvvəl salatın üzərinə müxtəlif souslar tökə bilərsiniz:
• Limon sousu: sadəcə limon suyu
• Portağal sousu: sadəcə portağal suyu
• Ballı sous: limon suyu və 1 qaşıq bal
• Banan sousu, Çiyələk sousu, Kivi sousu və s..............
Meyvə salatınızda olan istənilıən meyvəni mətbəx robotundə püre halına gətirərək
• Krem Şantı
• Şokalad Sousu (əridilmiş şokoladla)
Sousu istərsəniz salatın yanında verə bilər, ya da servis edən zaman bütün salata qarışdıraraq təqdim edə bilərsiniz.
Təqdim etmə:
Meyvə salatını təqdim etmənin ən yaxshi yolu meyvə qablarıdır. İçərisini salata əlavə edin, qabığını da meyvə qabı kimi istifadə edin.
1 nəfərlik meyvə qabları: portağal, greyfrut
Qarpız, yemiş və ya ananas qabıqlarını da istifadə edə bilərsiniz. Salatı içinə doldurub bir də yanına qaşıq qoysanız qonaqlarınız istədiyi qədər ala bilər.
NUŞ OLSUN.
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 12 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri