Nanəli badımcan salatı

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 767
Səs ver:
(səs: 1)

4 pay üçün nəzərdə tutulub

QEYD: Qatıq, sarımsaq və nanənin miqdarını zövgə görə azaldıb artıra bilərsiniz.
Vəsaitlər :

1 kilo yarım badımcan
yarım stəkan zeytun yağı, qızartmaq üçün
təxminən 2 stəkan qatıq
2 diş sarımsaq – əzilmiş
zövqə görə doğranmış təzə nanə və ya quru nanə
zövqə görə duz
Hazırlaması :

1. Badımcanların qabığını soyub xırda kublara kəsin (təxminən baş barmaq qalınlığında). Acısını burada izah olunduğu kimi çıxardın. Suyunu sıxın.

2. Badımcanı qızğın yağda qızardın. Tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb yağını süzdürün və bir qaba qoyun.
3. Bir qədər soyuduğunda, üstünə qatıq, sarımsaq, nanə və duz əlavə edib qarışdırın. Sərin halda süfrəyə verin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri