Qar təpələri salatı resepti

Müəllif: NoName
Şərhlər: 20
Baxılıb: 1892
Paylaş:
Səs ver:
(səs: 2)
Tərkibi:
8 yumurta
1 yerkökü
400 q bişmiş süd kolbasası
1 baş soğan
2 kartof
200 q bərk pendir
200 q mayonez
1 x.q. kərə yağı (qovurmaq üçün)
ədviyyat, sarımsaq - zövqə görə

Hazırlanması:
Soğanı təmizləyib kubik doğrayın.

Yerkökünü təmizləyib sürtgəcin orta gözündən keçirin.

Soğan və yerkökünü kərə yağı ilə qızılı rəng alanadək qovurun.

Kartofu qabıqlı bişirin, təmizləyin.

Kartofu və südlü kolbasanı xırda kubik doğrayın.

Pendiri sürtgəcin xırda gözündən keçirin.

Yumurtaları suda bişirin, təmizləyib ortadan bölün, ağını sarısından ayırın.

Yumurta sarılarını çəngəllə əzib 20 q mayonezlə qarışdırın. Mayonezə sürtgəcdən keçirilmiş sarımsaq da vura bilərsiniz. Yumurta sarısı-mayonez qarışığını boş yumurta ağlarının içinə doldurun.

İndi isə lay-lay düzün:

Yastı boşqaba aralarına mayonez çəkməklə öncə kartofu, üzərinə yerkökü-soğan qarışığını, kolbasanı düzün. İçinə yumurta sarısı ilə mayonezin qarışığını doldurduğunuz yumurta ağlarını kəsiyi üzüaşağı olmaqla düzün. Üzərinə bolluca mayonez çəkin. Ən axırda sürtgəcdən keçirilmiş pendir səpin. (Sonuncunu salatı süfrəyə verəndən 5 dəqiqə əvvəl etsəniz, "qar təpələri" daha gözəl görünəcək).

Salatın üzərinə ərzaqdan müxtəlif fiqurlar (Şaxta baba, Qar adamı, pinqvin və s.) da düzəldib qoya bilərsiniz, əsas odur, "qar" mövzusuna uyğun olsun.

Kolbasa əvəzinə qovrulmuş toyuğun döş ətini, yaxud qaraciyər istifadə edə bilərsiniz. Həmçinin salata ispanaq, kapers də əlavə edə bilərsiniz.

Mayonez sevməyənlər xama və ya xama ilə qatıq qarışığından istifadə edə bilərlər.

Nuş olsun!

loading...
(səs: 2)
Şərhlər: 20
Baxılıb: 1892
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
xosuma gelmedi
11 mart 2015 15:18
20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ece uslu
maraqli salatdi
24 yanvar 2015 21:14
19
Offline
ismayilova ulker
Təkrardı bu xəbər.
24 yanvar 2015 00:27
18
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
Сладкий Ангел
gozel gorunusu var

nyam
23 yanvar 2015 21:13
17
.Bir gülüşüm var Sizlərə ömür...
Offline
arzum-aysum
Men nese qovulmuş soganla salat sevmirəm
23 yanvar 2015 17:42
16
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
GULTEKIN MEMMEDOVA
Tewekkurler.
23 yanvar 2015 17:01
15
111222
Offline
Nergizz
sudlu kolbasa nedigormemiwem
23 yanvar 2015 16:07
14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
lili)
resepti beyendim yaxsi salata oxsuyur twk
23 yanvar 2015 15:36
13
Offline
rəmsə
Qeyri adi salata oxşayır,məncə dadı da yaxşı olar
23 yanvar 2015 14:55
12
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
BARBI
Mutleq hazirlayib baxacam dadina
23 yanvar 2015 13:31
11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gulu-Qezi
beyenmedim
23 yanvar 2015 13:18
10
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Offline
AYKA-ISI
terkibini beyenmedim
23 yanvar 2015 12:54
9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Fialka
Tərkibini bəyənmədim mənlik deyil.
23 yanvar 2015 12:43
8
Offline
Qlamurr
Nəysə mənə çatmadı....tşk...
23 yanvar 2015 12:38
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
emis
elebil olmusdu bele xeber
23 yanvar 2015 11:53
6
Offline
FISTIK
gorkem cox gozeldi
23 yanvar 2015 11:51
5
Offline
Gunka13
Dadli gorsenir.ama kalbasa yemediyimcun beyenmirrm.
23 yanvar 2015 11:50
4
Aileli.
Offline
tatyana
duzum qaydasi ferqli oldugu ucun beyendim,gorunusunu,amma icinde kolbaska varsa...
23 yanvar 2015 11:30
3
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
sona
Terkibini beyenmedim sudlu kolpasa baw sogan nc menlik deyil
23 yanvar 2015 11:18
2
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
SEVGI DENIZIM
beyendim nyam
23 yanvar 2015 11:16
1
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv