Tərkibi:
600 qr toyuğun döş əti
120 qr xərçəngin boyun hissəsi
300 qr krab əti
5 ədəd kartof (soyutma bişmiş)
2 ədəd xiyar
2 ədəd yerkökü (soyutma bişmiş)
0.5 ç/q kapers
60 qr zeytun (tumsuz)
120 qr kornişon
1 ədəd yaşıl alma
1 dəstə kahı
1 x/q qırmızı kürü (bəzək üçün)
300 qr xama
50 qr xardal
12 ədəd bildirçin yumurtası (soyutma bişmiş)
0.5 ç/q duz
Hazırlanması:
1 Tərəvəzlər yuyulub təmizlənir.
Toyuğun döş əti bir qədər duzlu suda qaynadılır və xırda doğranılır
2 Bildirçin yumurtaları təmizlənir və hamısı tən ortadan kəsilir.
3 Krab ətləri təmizlənir və kənarda saxlanılır. Kaperslər, zeytunlar və kornişonlar xırda doğranılır.
4 Alma təmizlənir və özəyi atılır. Tərəvəzlər doğranılır, xiyar, yerkökü və alma iti bıçaqla xırda kubiklər şəklində doğranılır.
5 Qarışdırmaq üçün hamısı bir boşqaba yerləşdirilir. Krab əti və doğranılan tərəvəzlər boşqaba əlavə edilərək hamısı qarışdırılır.
6 Üzərinə mayonez və xardal qarışığı əlavə edilərək bir daha qarışdırılır və duz vurulur.
Hazırlanmış salat kahı yarpağının üzərinə yerləşdirilir. Üstünə bəzək kimi qırmızı kürü və bildirçin yumurtaları yerləşdirilir.