Dadlı badımcan salatı resepti

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 8 253
Səs ver:
(səs: 4)
Tərkibi:
Badımcan- 3 ədəd
Pomidor- 5 ədəd
Bibər- 2-3 ədəd
Soğan- 1 ədəd
Yağ- 0,5 st
Sirkə cövhəri- yarım ç.qaşığı
Duz- zövqə görə

Hazırlanması:
1. Badımcanları ocaqda közləyib və təmizləyirik.
2. Soğan və bibərləri saralana qədər yağda qovururuq.
Üzərinə qabığı soyulmuş və xırda doğranmış pomidorları əlavə edirik. Pomidorlar yağa düşən kimi közlənib doğranmış badımcanları, cövhəri və duzu qatıb yaxşıca qarışdırırıq. Salat tam hazır olduğu zaman,
isti-isti qablara doldurularaq tərs çevrilir.
Salatı sərin yerdə saxlamaq lazımdır.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 8 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri