Krekerli tort salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 066
Səs ver:
(səs: 1)
Tərkibi:
- 200 — 250 q – duzlu kreker peçenyeləri
- 1 banka – balıq konservi (fərq eləməz hansı: sayra, qorbuşa, tunes)
- 1 dəstə göy soğan ( reseptdə qırmzı soğandan istifadə olunub )
- 4 əd qaynadılmış yumurta
- 150 q – bərk pendir
- 1 diş  sarımsaq
- mayonez

Hazırlanması:
Əvvəlcə soğan (göy və yaxud qırmızı) xırda doğranır və duzlu, şəkərli, sirkəli suda 15-20 dəqiqə ərzində marinad olunur. Sonra marinadı süzülür. Qorbuşa balığının suyu süzülür , vilka ilə əzilir , soğan və mayonez əlavə olunur.
Pendir sürtgəcdən keçirilir, çox xırda doğranmış və yaxud preslənmiş sarımsaq əlavə olunur və mayonezlə qarışdırılır.
Yumurta təmizlənir, yumurtanın ikisinin sarısı götürülür (çünki üst qat üçün lazım olacaqdır), qalanları isə sürtgəcdən keçirilir, duz vurulub mayonezlə qarışdırılır.
Deməli biz 3 cür içlik hazırladıq tort-salatımız üçün: balıqlı, yumurtalı və pendirli.
Salat böyük salat qabında qat şəkilində yığılır:

1 ci qat – krekerlər
2-ci qat – yumurtalı içlik
3-cü qat – krekerlər
4-cü qat – balıqlı içlik
5-ci qat – krekerlər
6-cı qat – pendirli içlik
7-ci qat – krekerlər.
Sonra krekerlərin yuxarı qatına mayonez yaxılır və üzərinə süqrtgəcdən keçirilmiş yumurta sarısı səpilir.
Zövqə görə bəzədilir. Salat ən azından 2 saat qalmalıdır otaq temperaturunda və 1 saat soyuducuda. Amma bir gecəni qalması (soyuducuda) daha yaxşı olardı.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri