Suxarı, yaşıl üzüm və nanəli salat

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 058
Səs ver:
(səs: 0)
Tərkibi:
zavod çörəyi - 2,5 stəkan
sarımsaq - 2 diş
iri duz - 1 çimdik
zirə - 1 çimdik
sirkə - 3 x.q.
zeytun yağı - 0,3 stəkan
pomidor - 730 qr.
xiyar - 2 ədəd
ağ soğan - ½ stəkan
tumsuz yaşıl üzüm - ½ стакана
nanə - ½ stəkan
acı bibər (Xalapenyo) - 1 ədəd

Hazırlanması:

1. Sobanı 180*C qızdırın.
2. Çörəyi dördbucaq doğrayıb (2,5 stəkan) sobanın tavasına düzün. Sobada təxminən 8-10 dəqiqə qızardın. Tavada soyudun.
3. Sarımsaq, duz və zirəni pasta halına düşənə kimi döyün. Çala-çala sirkə və zeytun yağı əlavə edin.
4. Böyük qaba dördbucaq formada doğranmış pomidor, xiyar, suxarı, doğranmış bibər, xırda-xırda doğranmış soğan, iki bölünmüş üzüm və nanə tökün. Üzərinə hazırladığınız sousu töküb yaxşıca qarışdırın. 5-10 dəqiqə saxladıqdan sonra süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 058
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri