Tərkibi:
Badımcan-2 ədəd
Bolqar bibəri-1 ədəd
Pomidor-2 ədəd
Sarımsaq-5 -6 dilim
Pendir-100 qr
Xama-200 qr
Göyərti
Hazırlanması:
Soba tavası yağlanılır. Badımcan dilimlənir, amma sona qədər tam kəsilmir. Şəkildəki kimi. Üzərinə bitki yağı çəkilir. Bibər, pomidor dilim-dilim doğranılır. Bibər və pomidor badımcanın aralarına doldurulur.
Pendir, sarımsağ sürtgəcdən keçirilir, mayonez, duz, istiot vurulur. Bu sous badımcanın üzərinə çəkilir. 220 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirilir.
Süfrəyə verəndə üzərinə göyərti səpilir.