Hazırlanması: Buğdadan adi qayda üzrə səməni cücərdirsiz. Səməninin cücərtiləri sarımtıl rəngdə olduqda, onu ətçəkən maşından keçirdirsiz. Şirəsini tənzifdən keçirdib, üzərinə un tökərək, xəmir yoğurursuz. 100 qram buğdanın şirəsinə 500 qram un götürürsüz. Xəmiri yağlanmış mis tiyana qoyub, zəif od üzərində 4 saata kimi aram-aram qarışdıraraq bişirirsiz. Hər dəfə xəmiri qarışdırarkən dibinə yağ əlavə edirsiz. Axırda qoz ləpəsi, ədviyyat və doşab vurub, yaxşıca qarışdırırsız. Hazır halvadan yumru kökələr düzəldib, üzərinə yarıya bölünmüş qoz düzürsüz.