Şokoladlı yağın evdə HAZIRLANMA QAYDASI

Müəllif: Onun_Mələyi
Şərhlər: 10
Baxılıb: 3 484
Səs ver:
(səs: 0)
Şokoladlı yağı çoxumuz sevirik. Əsasən də uşaqların səhər naharında yediyi sevimli qidadır. Hətta iştahı olmayan uşaq da çörəyin üstünə çəkilmiş şokoladlı yağı məmnuniyyətlə yeyir. Elə ona görə də valideynlər mağazada satılan müxtəlif şirkətlərin şokoladlı yağını tez-tez alır.
Amma Qadınla.Com'ın verəcəyi bu reseptlə özünüz də evdə asan yolla şokoladlı yağ hazırlaya bilərsiniz.

Tərkibi:
4 stəkan süd
4 stəkan şəkər kirşanı
250 qr kərə yağı
4 xörək qaşığı un
6 xörək qaşığı qara kakao tozu
0,5 çay qaşığı duz

Hazırlanma qaydası:
Qazana şəkər, kakao və un töküb qarışdırın. Sonra südü yavaş-yavaş töküb qarışdırın ki, yumrular qalmasın. Südün hamısı tökülüb yaxşıca qarışdırıldıqdan sonra vam od üzərinə qoyun və qarışdırmağa davam edin ki, dibi yanmasın. Sonra yağ və duz əlavə edin. Yenə tez-tez qarışdırın, krem halı alana qədər bişirin. Soyuduqdan sonra təmiz və quru qaba yığıb,
Soyuducuda saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri