Fərqli dad - KAKOSLU ÇATLAMIŞ PEÇENYE

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 4 379
Səs ver:
(səs: 1)
Kakos şirniyyatlara xüsusi dadverir. Qadınla.Com kakoslu şirniyyat sevərlər üçün ləzzətli resept təqdim edir.

Tərkibi:

2 ədəd yumurta
2 fincan şəkər tozu
1 paket marqarin
1 stəkan duru yağ
1 paket qabartma tozu
1 paket vanil
7 xörək qaşığı kakao
Apardığı qədər un
1 stəkan yarım süd
1 stəkan şəkər tozu

Hazırlanması:
Otaq istiliyində yumşalmış marqarini geniş bir qaba qoyun.
2 yumurtanı üzərinə qırın. Sıra ilə şəkər tozu, duruyağ, qabartma tozu, vanil və kakaonu əlavə edin. Bütün ləvazimatları əlinizlə yoğurun.(Nə çox sərt, nə də duru bir xəmir olmalıdır).Yoğurduğunuzxəmirdən qoz böyüklüyündə parçalar qoparın və onlara yuvarlaq forma verin. Peçenyeləri siniyə düzün və 180 dərəcəlik sobaya qoyun. Üzərləri çatlayana qədər bişirin. Peçenyeləri sobadan çıxarıb 2-3 dəqiqə gözləyin. Buəsnada siz də bir qabın içində süd və şəkər tozunu qarışdırın. Xəfifi isinən peçenyeləri bu qarışıma batırıbçıxardıqdan sonra servis boşqabına yığın. Üzərini kakosla bəzəyin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri