Saray burması şirniyyatı – RESEPT

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 2 356
Səs ver:
(səs: 0)
Şərbətli şirniyyatı bir çoxlarımız sevirik. Qadınla.com amaq dadınızı yeniləyəcək saray burması şirniyyatının reseptini verir.

Saray burması üçün lazım olanlar:
1 ədəd yumurta
Bir fincan duru yağ
Bir fincan qatıq
2 stəkan çəkilmiş qoz
Bir stəkan şəkər tozu
Bir kasa əridilmiş kərə yağ
2 qaşıq sirkə
Apardığı qədər un

Şərbəti üçün:
3 stəkan su
3 stəkan şəkər tozu

Hazırlanması:
Qozdan başqa bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Xəmiri 5 dəqiqə saxladıqdan sonra bərabər kündələrə bölün. Kündələri oxlovla nazik yayın. Yayılan xəmirin içinə qozu bərabər şəkildə səpin.

Sonra xəmiri rulet formasında bükün. Digər kündələri də eyni şəkildə düzəldib soba qabına yığın. 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Bu müddətdə ocağın üzərində şərbətini hazırlayın.

Şirniyyat sobadan çıxdıqdan sonra soyumuş şərbəti şirniyyatın üzərinə tökün. Vəssalam, şirniyyat hazırdır.

Nuş olsun
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri