Yulaflı hilli qurabiyələr resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 969
Səs ver:
(səs: 0)
Tərkibi:
1 bağlama tünd qara (80%-dən çox) şokolad (mütləq deyil)
200 qr yulaf unu (düyü, qarabaşaq unları ilə də əvəz edilə bilər)
200 qr qəhvəyi şəkər
bir çimdik üyüdülmüş hil
1 çay qağışı soda
bir çimdik duz
bir çimdik ətotu (rozmarin)
un alan miqdarda duru küncüt yağı (badam, kokos və günəbaxan yağlarıda ola bilər)

Hazırlanması:
Şokolad xırdalanır, bütün qaran ərzaqlar bir qaba əlavə eilib qaşıqla qaırşdırılır. Un alana qədər küncüt yağı əlavə olunur. Qum konsistensiyalı xəmir meydana gəlir. Xəmir yaxşıca yoğrulur və ovucun içində lülələr şəklinə salınana qədər sıxılır. Üzərində ehmalca basılaraq yastılanır.

Xəmirlə ehtiyatla davranmaq lazımdır çünki, elastik olmadığından asanlıqla dağıla bilər. Soba 200 dərəcəyə qədər qızdırılır və qurabiyə lər sıra ilə qaba düzülür və tam qızdırılmış sobaya qoyulur. Rəngi bir az tündləşənə və xəmir bərkiyənə qədər bişirilir. Bu qurabiyələr süd ilə möhtəşəm dad tandemi yaradır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri