Kipr şirniyyatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 822
Səs ver:
(səs: 0)
Yumşaq dadı yeyənləri özünə heyran buraxan Kipr şirniyyatını evinizdə sınamaq istəyirsinizsə, bu resept tam sizə görə.

Tərkibi:
3 ədəd yumurta
Yarım su stəkanı şəkər
Yarım su stəkanı maye yağ
1 su stəkanı qalet unu
1 su stəkanı sındırılmış qoz
1 su stəkanı hindistan qozu
Bir paket qabartma tozu

Kremi üçün
1 litr süd
1 su stəkanı nişasta
Yarım su stəkanı şəkər
1 paket vanil
1 paket krem şəndi

Şərbəti üçün
2 su stəkanı su
1.5 su stəkanı şəkər
1 paket vanil

Hazırlanması:
İlk öncə şərbəti hazırlayın.

Tortunu hazırlamaq üçün yumurta və şəkəri köpükləndirin. Daha sonra digər materialları da əlavə edərək taxta bir qaşıqla qarışdırın.

Bir qabı yağlayın. Hazırladığınız keks qarışığını qabın içinə tökün və 180 dərəcədə 30 dəqiqə bişirin.

Kremini hazırlamaq üçün krem şanti üçün digər materialları bir qazana qoyun. Qarışığı konsistensiya alınana qədər qarışdırın.

Qarışıq konsistensiya alanda ocaqdan götür və krem şantiyi toz halında əlavə edərək mikserlə çalın.

Bişən keksin üzərinə şərbəti əlavə edin.

Daha sonra kremi üzərinə əlavə edin.

Şirniyyatı soyuducuda 2 saat gözlədin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 822
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri