Təndir Çörəyini Çox Sevirsinizsə ..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 804
Səs ver:
(səs: 1)


1 çörək üçün

Ərzaqlar

1 paket (7 g) quru maya
1 ½ stəkan (375 ml) ilıq su
1 çay qaşığı duz
3 stəkan (450 g) əla növ un
1 yumurta sarısı, səthi üçün
1 çay qaşığı xaş-xaş və ya küncüd


1. Bir kasaya ilıq su qoyub, quru mayanı bu suda həll edin.

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..

2. İri kasaya unu ələyin. Duz əlavə edib qarışdırın. Sonra una mayalı sulu əlavə edib əlinizlə qarışdırın.

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..

3. Alınan kütləni az unlanmış masa və ya taxtaya qoyub, təxminən 8-10 dəqiqə ərzində xəmir yoğurun. Hazır xəmir elastik və hamar olmalı, və çəx bərk olmamalıdır.

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..

4. Xəmirə kündə şəkli verib, kasaya geri qoyun. Üstünü dəsmalla örtüb xəmirin gəlməsi üçün isti yerə qoyun.

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..


5. Xəmir təxminən 1 ½ - 2 saata gələcək.

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..


6. Gəlmiş xəmirin üstünə əlinizlə basın ki, yığılmış qaz çıxsın.

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..
7. Masa və ya taxtaya bir az un səpin. Əvvəlcə xəmiri əlinizlə yastıladıb, ona oval şəkli verin. Sonra isə ovalın bir küncündən başlayaraq, oxlovla xəmiri 1.3 cm qalınlığı, 35cm uzunluğu və 20cm genişliyi olan ovala açın.
TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..


8. İri listin üstünü bir az yağlayın və un səpin (əgər altı-yapışmaz - non-stick - listdən istifadə edirsinizsə, onu yağlamağa gərək yoxdur). Yaydığınız xəmiri ehmallıca listə yerləşdirin. Qoyun xəmir listdə 15 dəqiqə istirahət etsin.

http://bp2.blogger.com/_xTTxwM1A_wY/R40vRJm3SlI/AAAAAAAAAG0/Qsm9Tf6B9x8/s400/tranfer+baking+sheet.jpg

9. Sobanı 200C-dək qızdırın.
10. İti bıçaqla xəmirin üstündə dayaz ala-çarpaz zolaqlar edin (şəkildə gördüyünüz kimi). Çörəyin səthinə yumurta sarısı sürtüb, xaş-xaş və ya küncüd səpin.

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..


TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..

11. Qızdırılmış sobanın orta rəfində 20-25 dəqiqə ərzində, və yaxud üstü qızaranadək bişirin. Nuş Olsun!

TƏNDIR ÇÖRƏYINI ÇOX SEVIRSIZSƏ ..
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri