Mənim sınanmış reseptim - Badambura

Müəllif: kivircik
Şərhlər: 14
Baxılıb: 7 926
Səs ver:
(səs: 1)
Tərkibi:
Xəmir üçün:

Süd - 0.5 st. (100ml)
Maya - 1.5 ç/q
Şəkər tozu - 1 ç/q
Yumurta - 2 ədəd
Xama və ya qatıq - 3 x/q
Duz - 1 çimdik :)
Bitki yağı - 0.5 st. (100ml)
Un - 4 st. (520q)

İçlik üçün:
Badam - 150q
Şəkər tozu - 100q
Hil - 1 ç/q

Arası üçün:
Yağ - 180q (əridilmiş)

Hazırlanması:
Südə maya və şəkər tozunu qarışdırıb otaq temperaturunda aktivləşməyə qoyun. Sonra unu ələyib içinə yumurta, xama, yağ, duz və aktivləşmiş mayanı töküb xəmiri yoğurun. Yumşaq və ələ yapışmayan xəmir alınacaq. 1 saat xəmiri dincəldin. Sonra xəmirdən 6 bərabər hissəyə kündələr ayırın. Yuxaları açıb yağlayaraq üst-üstə qoyub rulet kimi bükün.
Alınan rulondan iki barmaq enində kəsib arasını içliklə doldurun. Əvvəlcədən isidilmiş 160 dərəcəli sobada altı azca qızana kimi bişirin.

Bu reseptlə qatları tək-tək bilinən yumşaq 16 ədəd badambura alınır. Saytda paylaşacağımı düşünməmişdim, yoxsa hissə-hissə şəkil çəkərdim. İlk dəfə idi bişirirdim çox yaxşı alındı. Bayram öncəsi Qadınla.com-a özəl resept bölüşmək istədim.

Nuş olsun!

Mənim sınanmış reseptim - Badambura
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 7 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri