Yulaflı bananlı biskuvit resepti

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 3 259
Səs ver:
(səs: 1)
Tərkibi:
2 st yulaf unu (yulaf əzməsini blenderdən keçirərən hazırlaya bilərsiniz)
1 st banan (çəngəllə əzilmiş)
2 y/q fıstıq əzməsi
3 y/q xam kakao
2 y/q xurma cemi

Hazırlanması:
Yulaf əzməsini blenderdən keçirin və 2 st yulaf unu əldə edin.Blenderdəki yulafa bananları, kakaonu, fıstıq əzməsini və xurma cemini əlavə edib yenidən blenderdən keçirin.
Hazırladığınız qarışımı blenderdən çıxarın, əlinizlə parçalar qopararaq yumrulayın.Yağlı kağız sərdiyiniz soba listinə 2 smlik aralıqlarla düzün. İstəyə görə üstlərinə 1 ədəd badam qoyaraq basdırın.
Əvvəlcədən isitdiyiniz 170 dərəcə sobada 10-12 dəqiqə bişirin. İlıq və ya soyuq servis edin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 259
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri