Marmelad resepti

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 4 627
Səs ver:
(səs: 2)
Tərkibi:
- 1 x.q. portağal sedrası
- 1 x.q. limon sedrası
- 300 ml təbii portağal şirəsi
- 50 ml təbii limon şirəsi
- 50 qr jelatin
- 200 qr şəkər tozu

Hazırlanması:
Sedranı qazana qoyuruq, üzərinə limon şirəsini (hamısını) və 75 ml portağal şirəsini tökürük, qarışdırırıq, orta odun üzərində 5 dəqiqə ərzində qaynadırıq, oddan götürürük.
Mayeni süzürük, dərhal isti mayenin içinə jelatin tökürük, yaxşı qarışdırırıq ki, jelatin tam ərisin.
Qalan şirəni tökürük, şəkər tozunu əlavə edirik, yaxşı qarışdırırıq.
Qazanı vam odda qızdırırıq ki, şəkər tozu tam ərisin. Qaynatmaq olmaz!
Mayeni formaya töküb soyuducuda 10 saat saxlayırıq.
(Şokolad konfetlərinin qutularında olan plastik formalardan və ya buz üçün formalardan istifadə etmək olar.)
Hazır marmeladı formalardan çıxardırıq, şəkər tozuna batırıq.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 627
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri