Şokoladlı paxlava

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 7 458
Səs ver:
(səs: 1)
 

 Vəsaitlər:

 
-3 ədəd yumurta,
-3 xörək qaşığı qatıq,
-3 xörək qaşığı duru yağ,
-1 xörək qaşığı sirkə,
-Aldığı qədər un,
-3 xörək qaşığı kakao.
İçi üçün vəsaitlər:
-300 qram iri doğranmış qoz ləpəsi,
-1 su stəkanı damla şokolad.
Xəmiri Açmaq üçün Vəsaitlər:
-1 su stəkanı nişasta,
-1 su stəkanı kakao,
-250 qram marqarin,
-250 qram kərə yağı.
Şərbəti üçün Vəsaitlər:
-4 su stəkanı su,
-4 su stəkanı şəkər,
-Yarım limon.
 
Hazırlanması:
 
Əvvəlcə xəmir vəsaiti olan yumurta, qatıq, duru yağ, sirkə, un və kakaounu dərin bir qaba alın. Yaxşıca yoğurub yumşaq bir xəmir əldə edin. Falqaya büküb yarım saat istirahət etdirin. Xəmirdən 15 kündə qoparın 1 su stəkanı nişasta və 1 su stəkanı kakaonu ələyin. Kündəni nimçədən daha böyük açın. Nimçəni yağlayın. 250 qram kərə yağı və marqarini əridin.
Lavaşların üç ədədini  qoyub, qalanların hər birini dörd parçaya ayırın. 2 qat nimçəyə sərin. Üzərinə yağ gəzdirin. 4 mərtəbədən sonra da şokolad və cəvizli  kütləni qoyun. Parçalanmamış lavaşlar qalana qədər hər iki mərtəbədə bir yağ gəzdirib, dörd mərtəbədə bir də şokoladlı vəsaitdən səpin. Ən üstə möhkəm olan lavaşları sərin. Qalan yağı üzərinə gəzdirin.
Nimçəni çevirə çevirə istədiyiniz şəkildə kəsin. Əvvəldən isidilmiş qızğın sobaya paxlavanı qoyub sonra sobanın nizamını 150 dərəcəyə gətirin. Üzəri qızarana qədər bişirin. Bu vaxt şərbəti hazırlayın. Bunun üçün su və şəkəri qaynadın. Ocaqdan aldığınız şərbətə limon suyunu qatın. Sobadan aldığınız paxlava istiykən üzərinə isti şərbəti gəzdirin. Paxlava şərbəti qeyd-şərt üzərinə şokolad sousu və yer fıstığıyla xidmət edin.
 
Nuş olsun!

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 7 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri