++++++++++İçi Qozlu Şirniyyat.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 17 300
Səs ver:
(səs: 2)
Qeyd:
22 ədəd, şəkildə gördüyünüz formada qurabiyə hazırlamaq olur bu xəmirdən.

Tərkib:
Yarım su stəkanı süd.
1 yumurta.
200 qr yumusaq marqarin ( otaq tempraturunda əridilmiş).
3,5 su stəkanı.
1 paket qabartma tozu.
1 az duz.

İçi üçün:

1,5 su stəkanı çekilmiş qoz (fındıq, badam)
1 çay qaşığı darçın.

Şərbəti üçün:
4 su stəkanı su.
4 su stəkanı şəkər.
Yarım limonun suyu.

Hazırlanması:
Əvvəlcə şəkər və suyu bir qazanda qaynadın. Qaynadıqdan sonra altını söndürün və yarım limon suyunu içinə qatın və qarışdırın. 
Xəmirin bütün ərzağını bir qabda qarışdırıb, orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmir 10 dəqiqə dinlənir. 
Sonra qozdan bir az böyük kündələr qoparıb ovcunuzda kişik kündə əldə edirik. 
Çəkilmiş qoz və darcını qarışdırırıq və bu qarışımdan bir cay qaşıgı ovcumuzda açdığımız xəmirin arasına qoyub bükürük və tərs cevirib tavaya düzürük. 
Tavanı yağlamağa ehtiyac yoxdur. Xəmir bitənədək eyni şəkildə davam edirik, sonra əvvəlcədən isidilmiş sobada üstü bir az qızarana qədər bişiririk.
Bişirdikdən sonar sıx sıx başqa tavaya və ya bir qaba düzürük. İlıq şərbəti sobadan çıxardığımız tatlının üzərinə tökürük.
5 dəqiqə sonar tatlıların üst tərəfi də şərbəti yaxşı çəkməsi üçün bir bir tərs çeviririk. 10 dəqiqə sonra yenidən alt tərəfini çeviririk. Bu vəziyyətdə 2 saat gözlədirik ki, şərbətini yaxşıca çəksin. Sonra üstünə kakos töküb servis edirik.

 
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 17 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri