+++++++++++++++Bir-Birindən Ləziz Keks Tərifləri.

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 2 598
Səs ver:
(səs: 1)
 
Browne keks:
Tərkibi:
3 yumurta.
1 su stəkanı şəkər.
1 çay stəkanı süd.
1 çay stəkanı duru yağ.
2 şorba qaşığı kakao.
1 su stəkanı un.
1 paket qabartma tozu.

Sous üçün:
2 qəhvə fincanı şəkər.
2 qəhvə fincanı su.
2 qəhvə fincanı süd.
1 şorba qaşığı nişasta.
2 şorba qaşığı kakao.

Hazırlanması: 
Keks üçün ilk əvvəl şəkər və yumurta çırpılır daha sonra bütün vəsaitlər əlavə edilir və çırpılır, yağlanmış soba nimçəsinə qoyulur 170 dərəcədə bişirilir. Daha sonra sous üçün bütün vəsaitlər əlavə olunub bişirilir qatılaşana kimi bişirin. Sobadan çıxan keksin üzərinə soyuq 1 stəkan süd tökülür və sousla birlikdə servis edilir. 

Qatıqlı keks:
Tərkibi: 
1 Kasa un.
1 Kasa şəkər tozu.
1 Kasa manna.
1 Kasa qatıq.
3 Ədəd yumurta.
1 Paket qabartma tozu.

Şərbət üçün:
750 qr şəkər.
750 qr su.
Yarım limon.

Hazırlanması:
Bütün ərzaqları qaba əlavə edib qarışdırın. Soba nimçəsini yağlayıb unlayıb xəmiri tökün.
170 dərəcəli sobaya qoyun, qabarmağa başlayınca 120 dərəcəyə azaldın. 45 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra şərbətini tökün. Qoz ilə xidmət edin.

Portağallı keks:
Tərkibi:
3 yumurta.
7 şorba qaşığı şəkər.
7 şorba qaşığı un.
1 çay qaşığı qabartma tozu.
1 portağal qabığı və suyu.

Siropu üçün:
1 portağal qabığı rəndəsi.
2 portağal suyu.
4-5 şorba qaşığı şəkər.

Hazırlanması:
Qəlib yağlanır, unlanır. Soba yandırılır.
Üç yumurta ilə 7 şorba qaşığı şəkər və portağal qabığı rəndəsi, qatılaşana qədər çırpılır. İçinə portağal suyu və qabartma tozu ilə ələnmiş un əlavə edilib qarışdırılır.
Qəlibə boşaldılıb orta hərarətli sobada 30 - 40 dəqiqə bişirilir. Soyuduqdan sonra qəlibdən çıxarılır, qaba alınır.
Portağal qabığı rəndəsi və iki portağal suyu ilə 4 - 5 şorba qaşığı şəkər biraz qaynadılıb soyumuş keksin üzərinə gəzdirilərək tökülür.

Nuş olsun:)
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri