Yerkökünü sürtgəcdən keçiririk. Yağı əvvəlcədən doğrayıb hazır qoyumuşuq. Sonra yumurtaları sarısını ağından ayırırıq, sarısını, kərə yağını və balı mikserlə qarışdırırıq, ağını şəkər tozu ilə köpük parıldayana kimi qarışdırırıq, unu qabartma tozu ilə qatıb əlavə edirik və qaşıqla qarışdırırıq, yumurtanın ağını əlavə edib qaşıqla azca qarışdırırıq. Sonra qozu, yerkökünü əlavə edirik.
Xəmiri iki hissəyə bölüb soba qabına yerləşdiririk. Çünki iki korj lazımdır. Diamteri 20 yağlayıb unlayırıq və 170 dərəcədə sobaya bişməyə qoyuruq 50-50 dəqiqə.
Hazır olduqdan sonra korjların arasına və üstünə kremi çəkirik, kakao ilə bəzəyib qoyuruq soyuducuya 2-3 saat.
Krem çox asan hazırlanır, yumurtanı sarısını ağından ayırırıq, ağını köpük olana kimi qarışdırırıq, sarısını və pudra şəkəri mascarponi pendiri ilə qarışdırırıq və ağını əlavə edib sonda 20-30 saniyə mikserlə yenə qarışdırırıq. Krem hazırdır.