Ricotta

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 2060
Paylaş:
Səs ver:
(səs: 1)
Ərzaqlar
1/2 stəkan əla növ un
1 çay qaşığı qabartma tozu (yarım qaşıq çay sodası ilə əvəz edə bilərsiniz)
1 çay qaşığı duz
1/5 çay qaşığı hil (toz halında) - (hiliniz yoxdursa, əlavə etməsəniz də olar)
115 g duzsuz kərə yağı - otaq hərarətində yumuşaldılmış
2 stəkan şəkər tozu
2 yumurta - otaq hərarətində
425 g ricotta pendiri və ya kəsmik
1 ədəd limonun suyu
1 ədəd limonun rəndələnmiş qabığı
 
Hazırlanması
Sobanı 190C-dək qızdırın. Bir qabda unu, qabartma tozunu, duzu və hili qarışdırın.
İri bir qabda kərə yağı və şəkər tozunu mikserlə ağaranadək, təxminən 3 dəqiqə ərzində çalın.
Bir-bir yumurtaları əlavə edərək, çalmağa davam edin.
Ricotta pendiri və ya kəsmiyi, limon suyunu və limon qabığını əlavə edib, mikserlə qarışanadək çalın.
Unlu qarışığı bu qaba əlavə edib, bütün ərzaqlar qarışanadək bir az çalın.
Alınan kütlə "palcıq” kimi olacaq. Aşağıdakı şəkildə gördüyünüz kimi.
2 ədəd soba listinin dibinə kalka kağızı sərin.
Xəmirdən hər dəfə 2 xörək qaşığı qədər götürüb listə bir birindən 5 cm aralı dairələr şəklində qoyun.
Xəmiri yaymayın! Sadəcə olaraq hər qurabiyə üçün 2 qaşıq dolu xəmiri bir-birinin üstünə qoyun.
Qurabiyələri sobanın orta rəfində 15 dəqiqə ərzində, və yaxud kənarları bir az qızarana qədər bişirin.
Hazır qurabiyələrin üstü ağ qalmalıdır.
Listləri sobadan çıxardın. Qoyun qurabiyələr listdə 20 dəqiqə ərzində soyusun.
Soyuduqdan sonra listdən çıxardıb, səthlərinə şəkər kirşanı (pudra) səpin.
 
Nuş olsun !

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2060
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv